Mayın 17-də AMEA-nın Rəyasət Heyətində İctimai Elmlər Bölməsinin növbəti büro iclası keçirilib.
Tədbiri bölmənin akademik-katibi, akademik Nərgiz Axundova açaraq gündəlikdəki məsələləri iştirakçıların diqqətinə çatdırıb.
Sonra 2017-ci il üçün doktoranturaya və dissertanturaya qəbul planına dair təkliflər müzakirə olunub.
İclasda Hüquq və İnsan Haqları İnstitutunun direktoru, hüquq üzrə elmlər doktoru Aytən Mustafayevanın və A.A.Bakıxanov adına Tarix İnstitutunun Azərbaycan-Rusiya əlaqələri şöbəsinin müdiri, tarix üzrə elmlər doktoru Sevinc Əliyevanın namizədliyinin “AMEA-nın professoru” elmi adına təqdim olunması haqqında qərar qəbul edilib.
Bundan əlavə, filologiya üzrə fəlsəfə doktoru Lalə Bayramovanın AMEA-nın Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Təhsil şöbəsinin müdiri, tarix üzrə elmlər doktoru Əli Rəcəblinin Milli Azərbaycan Tarix Muzeyinin Numizmatika şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Bəxtiyar Sayılovun həmin muzeyin Elmi maarifləndirmə və ekskursiyalar şöbəsinin müdiri və tarix üzrə fəlsəfə doktoru Gülzadə Abdulovanın həmin müəssisənin Etnoqrafiya şöbəsinin müdiri vəzifələrinə təyin edilmələri haqqında qərar verilib.
Состоялось очередное заседание бюро Отделения общественных наук
17 мая в Президиуме НАНА состоялось очередное заседание бюро Отделения общественных наук.
Открывая мероприятия, академик-секретарь отделения, академик Наргиз Ахундова довела до внимания участников вопросы повестки дня.
Затем были обсуждены предложения по плану приема в докторантуру и диссертантуру на 2017 год.
Затем было принято решение о выдвижении кандидатуры директора Института права и прав человека, д.ю.н. Айтен Мустафаевой и заведующей Отделом азербайджано-российских связей Института истории имени А.А.Бакиханова, д.и.н. Севиндж Алиевой на соискание ученого звания «Профессора НАНА».
Далее было принято решение о назначении доктора философии по филологии Лалы Байрамовой на должность заведующего Отделом образования Института востоковедения имени З.Буньядова НАНА, доктора исторических наук Али Раджабли – заведующего Отделом нумизматики Национального музея истории Азербайджана, доктора философии по истории Бахтияра Саилова – заведующего Отделом научного просвещения и экскурсий, доктора философии по истории Гюльзаде Абдуловой – заыедующего Отделом этнографии этого учреждения.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.