Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çexiya Respublikasına rəsmi dövlət səfəri çərçivəsində 2012-ci il aprelin 5-də “Milli Azərbaycan Tarixi Muzeyi və Çexiya Respublikasının Milli Muzeyi arasında Anlaşma Memorandumu” imzalanmışdır. Memorandumda iki muzey arasında Azərbaycan və Çexiyanın tarix və mədəniyyətlərinin qarşılıqlı təqdimatı üzrə uzunmüddətli əməkdaşlıq münasibətlərinin qurulması, ümumi layihələrin, o cümlədən, sərgi və konfransların keçirilməsi, qarşılıqlı nəşr mübadiləsi və digər məsələlər nəzərdə tutulub.
Qeyd edək ki, iki ölkənin muzeyləri arasında əməkdaşlığa dair ilkin razılıq Çexiya Milli Muzeyinin direktoru Mixael Lukeşin 2011-ci ilin sentyabrında Milli Azərbaycan Tarixi Muzeyində keçirdiyi görüşlər zamanı əldə olunmuşdur.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.