Muzeyin yeni nəşri (“Mirzə Fətəli Axundazadə - 200. Kataloq”, Bakı, 2012, 56 s.) Azərbaycan xalqının görkəmli simalarından olan Mirzə Fətəli Axundazadənin 200 illik yubileyinə həsr olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2010-cu il 13 aprel tarixli sərəncamına əsasən görkəmli ədib, dramaturq, maarifçi M.F.Axundzadənin anadan olmasının 200 illiyi ilə əlaqədar respublikada kompleks tədbirlər həyata keçirilmişdir.Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları artıq neçə illərdir ki, böyük yazıçı və damaturqun həyatına dair müxtəlif məlumat və hadisələri əks etdirən sənəd və əşyayi materialları arayıb-axtarıb toplayırlar. Hazırda Muzeyin fondlarında Axundazadənin özü və nəslinin həyat və fəaliyyətini öyrənməyə və geniş
ictimaiyyətə çatdırmağa imkan verən 92 saxlama vahidi mühafizə olunur. İndiyənədək çap olunmayan fotoşəkillər və sənədlər, Axundzadənin müəllifi olduğu tamaşaların afişaları, onun nadir, elmi və geniş ictimaiyyətə məlum olmayan portretləri, yubileylər münasibətilə buraxılmış xatirə medalları, Mirzə Fətəliyə məxsus olmuş məişət əşyaları bu dahi şəxsiyyətəyat və fəaliyyətinin yeni-yeni səhifələrini göstərməklə bərabər XIX əsrin sonu – XX əsrin əvvəllərində Azərbaycan ziyalısının məişətini təsəvvür etməyə imkan verir. Təqdim olunan kataloqda bütün bu eksponatlar barədə müfəssəl məlumat verilir. Hər bir eksponatın fotoşəkli ilə bərabər onun inventar nömrəsi, dövrü, düzəldilmə materialı, ölçüləri göstərilir. Kataloqun giriş hissəsində M.F.Axundzadənin bioqrafiyası, Azərbaycan xalqı qarşısında xidmətləri əks olunmuşdur. Elmi redaktoru muzeyin direktoru, akademik Nailə Vəlixanlı olan kataloqun mətni Muzeyin Etnoqrafiya elmi fond şöbəsinin müdiri, t.ü.f.d. Abdulova Gülzadə, Azərbaycan tarixinin elmi ekspozisiya şöbəsinin müdiri, t.ü.f.d. Zərifə Dulayeva və həmin fondun elmi işçisi Fikrət Bağırov tərəfindən hazırlanmışdır. Kataloq iki dildə - azərbaycan və rus dillərində nəşr olunub.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.