XƏBƏRLƏR
XƏBƏRLƏR -
Beynəlxalq əlaqələr
12 Mart, 2021
Muzey əməkdaşı Beynəlxalq Konfransda çıxış edib

Yaponiyanın paytaxtı Tokioda “Çağdaş Elmlərin İnnovativ Tədqiqatları” adlı III Beynəlxalq Konfrans keçirilib.

Konfransda Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı, t.ü.f.d., dosent Tural Şiriyev “Səfəvi-təsəvvüf münasibətlərində nəqşibəndiyə təriqətinin rolu” (“Nakshibandiyya in Safavid-sufism relations”) adlı elmi məruzə ilə çıxış edib. Gənc tədqiqatçı məruzədə Səfəvilər dövründə ölkənin ictimai-mədəni həyatında sufiliyin, xüsusilə nəqşibəndiyə təriqətinin rolu, hakim siyasi-ideoloji mühitdə səfəvi-təsəvvüf münasibətlərinin xarakteri, eyni zamanda isnaəşəriyə cərəyanının intişar tapmasında təsəvvüfün rolu və digər məsələləri qeyd edib. Həmçinin, məruzənin Səfəvi dövrünə aid yerli və xarici mənbələr, eyni zamanda geniş ədəbiyyat əsasında hazırlandığını vurğulayıb.

Konfrans materialları nəşr edilib.