II Qarabağ müharibəsi zamanı Ağdərə və Tərtər rayonlarının azad edilməsi uğrunda döyüşlərdə iştirak edərək xəsarət alan Rövşən Mehdi oğlu Mehdiyev Milli Azərbaycan Tarixi Muzeyini ziyarət edib.
R.Mehdiyev 31 avqust 1999-cu ildə Qusar rayonunun Xurel kəndində anadan olub. 2006 - 2016-ci illərdə həmin kəndin tam orta məktəbində təhsil alıb. 2016 - 2020-ci illərdə Bakı Biznes Universitetinin “İqtisadiyyat” fakültəsində bakalavr pilləsi üzrə təhsil alıb. Ali təhsilini bitirdikdən sonra o, hərbi xidmətə getmək qərarı verib.
Döyüş yoluna Goranboy rayonunun N saylı hərbi hissəsində xidmətə başlayıb və “snayperçi” üzrə təlimlərdə iştirak edib.
44 günlük müharibə zamanı R.Mehdiyev Tərtər rayonunun Talış kəndində Ağ uçuq adlı məntəqədə “Vışka” adlı mövqeni qoruyarkən mina atəşi zamanı zədələnmişdir.
Muzeyi ziyarət etdikdən sonra qazi R.Mehdiyev hərbi döyüş yolu, təəssüratları haqqında məlumat verib, Muzeydə keçiriləcək "Anadır arzulara hər zaman Qarabağ!" sərgisi ilə əlaqədar müvafiq əşyalarını təhvil verib.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.