Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, Vətən müharibəsi şəhidi Samir Sabir oğlu Mikayıllı 1993-cü il yanvarın 1-də Ağcabədi rayonunun Salmanbəyli кəndində anadan olub. 1999-2008-ci illərdə Ə. Məmmədov adına Salmanbəyli кənd tam orta məкtəbində, 2008-2010-cu illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb.
Samir Mikayıllı 2015-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan şəhərində yerləşən "N" saylı hərbi hissəsində "leytenant" hərbi rütbəsində xidmət edib.
Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin kapitanı olan Samir Mikayıllı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Samir Mikayıllı noyabrın 9-də Şuşa döyüşləri zamanı şəhid olub. Ağcabədi rayonunda dəfn edilib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Samir Mikayıllı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Samir Mikayıllı ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Materiallar Muzeyə şəhidin yaxın qohumu, Muzeyin Vətən müharibəsi fondunun müdiri Şəfa Mövsümlü vasitəsi ilə təhvil verilib.
Dövlət təltifləri:
- (26.06.2018) — "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı
- (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)
- (29.12.2020) — "Şuşanın azad olunmasına görə" medalı (ölümündən sonra)