XƏBƏRLƏR
13 Aprel, 2021
Muzey əməkdaşı beynəlxalq simpoziumda çıxış edib
Muzey əməkdaşı Əli Fərhadov Türkiyənin Aydın şəhərində keçirilən "2021 Yunus Emre və türkcə ili ərməğanı” adlı XV Beynəlxalq simpoziumunda iştirak edib. Simpozium türk mədəniyyəti, sənəti və mədəni mirası qoruma mövzularında onlayn baş tutub. Simpoziumun təşkilatçılarından biri də Milli Azərbaycan Tarixi Muzeyidir. Tədqiqatçı Əli Fərhadov konfransda “XIX – XX əsrin əvvəllərində Azərbaycanda dini durum: Tahirə və Əbdülbəha nümunəsi" adlı məruzə ilə çıxış edib. Qeyd olunan dövrdə İranda və Azərbaycanda babilik, bəhailik, qəzvinli babi şairə Tahirə xanım və bəhai icmasının iranlı lideri Əbdülbəhanın həyat və yaradıcılığı, türkcə əsərləri haqqında məlumat verib. Simpoziumun materialları nəşr ediləcək.
Muzeyin nəşrləri Britaniya Kitabxanasında
Milli Azərbaycan Tarixi Muzeyi tərəfindən nəşr olunan Qafqaz Albaniyasının xristian abidələri haqqında monoqrafiya, həmçinin muzeyin etnoqrafik kollek...
Unikal baş bəzəyində Humay Ana simvolu
Milli Azərbaycan Tarixi Muzeyinin Xüsusi fondunda qorunan bu unikal baş bəzəyi qədim inancların və estetik düşüncənin nadir nümunələrindəndir. Şamaxın...
Muzeydə Ahıska Türklərinə həsr olunmuş beynəlxalq interaktiv sərgi layihəsi müzakirə edilib
Türkiyənin Azərbaycandakı səfirliyinin müşaviri Seyla Sağlık Yavuzer, Ahıska türkləri ilə bağlı layihə çərçivəsində beynəlxalq interaktiv sərginin kur...
Muzeydə Albaniya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri ilə görüş keçirilib
Milli Azərbaycan Tarixi Muzeyində muzeyin direktoru, akademik Nailə Vəlixanlı ilə Albaniya Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və s...
Mimar Sinan Güzel Sanatlar Universitetinin professoru muzeyi ziyarət edib
İstanbulun Mimar Sinan Güzel Sanatlar Universitetinin professoru, bərpaçı-memar Oğuz Ceylan Azərbaycana səfəri çərçivəsində Milli Azərbaycan Tarixi Mu...
Milli Azərbaycan Tarixi Muzeyi ilə Qazaxıstanın Kokşetau Universiteti arasında əməkdaşlıq Memorandumu imzalanıb
Milli Azərbaycan Tarixi Muzeyi ilə Qazaxıstan Respublikasının Şokan Ualixanov adına Kokşetau Universiteti arasında elmi və mədəni əlaqələr istiqamətin...
Muzeyin bərpaçı-rəssamı Türkiyədə keçirilən təlimdə iştirak edib
Türkiyənin İstanbul şəhərində Kültür və Turizm Bakanlığının təşkilatçılığı ilə “Restorasyon, Kültür, Sanat və Araştırmacılık” mövzusunda təlim keçiril...
Muzeyin əməkdaşı Sankt-Peterburqda keçirilən beynəlxalq konfransda iştirak edib
Sankt-Peterburq şəhərində (Rusiya Federasiyası) Tavriçeskiy Sarayında “MDB xalqlarının birlik kollektiv yaddaşında Böyük Vətən müharibəsi: Qəl...