XƏBƏRLƏR
XƏBƏRLƏR -
Beynəlxalq əlaqələr
15 Aprel, 2021
Muzey əməkdaşları Beynəlxalq simpoziumda məruzə ediblər

12, 13 və 14 aprel 2021-ci il tarixində XV Beynəlxalq Türk mədəniyyəti, sənəti və mədəni mirası qoruma simpoziumu keçirilib.

Simpozium Türkiyə Cumhuriyyətinin Aydın Adnan Menderes Üniversitetinin Türk Sənəti, Mədəniyyəti Uyqulama və Araşdırma Mərkəzi, Konya Selçuk Universiteti Türk Əl Sənətləri Araşdırma və Uyqulama Mərkəzi, AMEA Milli Azərbaycan Tarixi Muzeyi, Özbəkistan Termez Dövlət Universiteti, Kuzey Makedonya Sosial-Mədəni Antropoloji İnstitutu, Moldoviya – Qaqauz Komrat Dövlət Universitetinin təşkilatçılığı ilə onlayn baş tutub.

2021-ci ilin Yunus Emre ve Türkcə Yılı Ərməğanı münasibətilə keçirilən tədbirdə Makedoniya, Albaniya, Rusiya, İtaliya, İran, Özbəkistan, Türkmənistan, Moldoviya-Qaqauz və Azərbaycan alimləri çıxış ediblər.

Həmçinin simpoziumda Muzeyin əməkdaşları – t.ü.f.d., dosent Həbibə Əliyeva, t.ü.f.d., dosent Gülzadə Abdulova , t.ü.f.d. Əli Fərhadov aktual mövzulara həsr edilmiş məruzələrlə iştirak ediblər.

Simpoziumun materialları nəşr ediləcək.