Bu gün artilleriyanın nəzəri və praktiki inkişafındakı danılmaz xidmətlərinə və qazandığı qələbələrə görə “Artilleriyanın Allahı” ləqəbi verilmiş, Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi nazirinin müavini, general-leytenant Əli ağa Şıxlinskinin doğum günüdür.
Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycan Xalq Cümhuriyyətinin fəallarından biri, hərbi nazirin müavini, general Əliağa Şıxlinskinin şəxsi əşyaları qorunur. Əliağa Şıxlinskiyə məxsus portret, fotolar, sənədlər, yəhərüstü, şamdan, külqabı, qayçı, bıçaq, kəmər, şinel, uzunboğaz çəkmə, əsa, yazı ləvazimatı və s. əşyaları tədqiqat üçün əhəmiyyətli sayılır.
Əliağa Şıxlinski 1865-ci il Yelizavetpol quberniyasının Qazax qəzasının Qazaxlı (indiki Aşağı Salahlı) kəndində anadan olub. 1883-cü ildə rus ordusunda hərbi xidmətə başlayan Şıxlinski 1886-cı ildə Peterburq artilleriya məktəbini əla qiymətlərlə bitirdi. 1914-cü ildə baş verən Birinci Dünya müharibəsi zamanı Petroqradın artilleriya müdafiəsi məhz general Əliağa Şıxlinskiyə tapşırıldı. Sonralar Qərb cəbhəsi artilleriya qoşunlarının rəisi, Artilleriyanın nəzəri və praktiki inkişafındakı danılmaz xidmətlərinə və qazandığı qələbələrə görə ruslar Ə.Şıxlinskiyə “Artilleriyanın allahı” ləqəbini verirlər.
1918-ci ilin dekabr ayında artilleriya general-leytenantı Əliağa Şıxlinski hərbi nazirin müavini təyin edilir. O, 1918-ci ilin yayında Nuru paşa ilə birgə bolşevik-daşnak hərbi birləşmələrinin məhvində və Bakının azad edilməsində xüsusi rol oynamışdır.
1920-ci il aprel ayının 27-də imperiya ordusu Azərbaycanı işğal edəndə isə vuruşmağın mümkünsüz olduğunu nəzərə alan Ə.Şıxlinski minalanmış körpülərin partladılmasına icazə vermədi və görünür, buna görə yeni sovet hökuməti digərlərindən fərqli olaraq ona toxunmadı.
Qeyd edək ki, generala məxsus şəxsi materiallar Muzeyin Hədiyyələr və xatirə əşyaları və Sənədli mənbələr fondlarında qorunur, ekspozisiyada nümayiş olunur.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.