23 aprel 2021-ci il tarixində Özbəkistan Rəssamlıq Akademiyası Kəmaləddin Behzad adına Milli Rəssamlıq və Dizayn İnstitutunda “Bədii təhsildə innovativ proseslər : inkişafın strategiyası, nəzəriyyə və təcrübəsi” mövzusunda Beynəlxalq Konfrans keçirilib.
Konfransda Muzeyin elmi işlər üzrə direktor müavini t.e.d. Nərgiz Əliyeva “Azərbaycanın ortaq mədəniyyəti olan ölkələrdə təşkil edəcəyi sərgilər haqqında” mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi Öbəkistanın timsalında Azərbaycanla etnik kökləri, dili, şifahi ədəbiyyatı, adət və ənənələri yaxın olan ölkələrdə sərgi qurularkən həmin ölkələrin mədəniyyətinin eyni və yaxın cəhətlətinin nəzərə alınmasını və bu yaxınlığın sərgi nümayişi vaxtı eksponatlarla bərabər maarifləndirici tədbirlərlə də müşayiət olunmasının vacib olduğunu qeyd edib.