9 may – faşizm üzərində Qələbə Günü ərəfəsində Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı Milli Azərbaycan Tarixi Muzeyinin zəngin fondlarında qorunan materiallar əsasında video-tamaşa hazırlayır.
Belə ki, Teatrın aktrisası F.Nesterenkonun iştirakı ilə Muzeyin Sənədli mənbələr və Hədiyyələr və xatirə əşyaları fondlarında qorunan İkinci dünya müharibəsi cəbhələrində mərdliklə vuruşmuş oğul və qızların qəhrəmanlığını əks etdirən məktublar seçilmişdir. Cəbhə məktublarına həsr olunmuş tamaşanın onlayn platformalarda yayımlanması da nəzərdə tutulur.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.