AMEA Milli Azərbaycan Tarixi Muzeyində XVII - XVIII əsrlərə aid qalxan bərpa olunub. Muzeyə təhvil verilən zaman qalxanın saxlanma vəziyyəti tam olmadığı və bərpaya ehtiyac olduğu üçün Muzeyin Bərpa laboratoriyasına yönləndirilib. Laboratoriyanın bərpaçı-rəssamı Əjdər Qafarov tərəfindən eksponata ikinci həyat verilib. Qalxan beş umbonludur, nümayiş və mərasim xarakterli müdafiə silahıdır. Qalxanın üzəri nəbati naxışlarla, qızılı işləmələrlə, oyma naxışlarla bəzədilib. Mərkəzdəki umbonda insan sifətli günəş təsvir olunub. Günəşin qıraqlarından qızılla işlənmiş şüalar çıxır. Qalxanın kənarlarındakı nəbati ornamentlər qızıl suyu ilə çəkilib.
Qeyd edək ki, Muzeyin Silahlar və Bayraqlar fondunun əsas hissəsini təşkil edən müdafiə silahları Azərbaycanın maddi mədəniyyət abidələri kimi milli mənəvi dəyərlərimizi, soykökümüzü təsdiqləyən tarixi mənbədir. Muzeyin silah kolleksiyası müəyyən tarixi dövrün ictimai-siyasi hadisələrini, mədəniyyətini, hərb tarixini əks etdirməklə yanaşı, xalq tətbiqi sənətinin inkişafını, dövrün silahsazlarının yüksək peşəkarlığını özündə ehtiva edir.
Muzeydə qorunan müdafiə silahları dövrünə görə yüksək müdafiə texnikası ilə silahlanmış Azərbaycan döyüşçüsünün hərbi səriştəsini nümayiş etdirməklə yanaşı, ölkəmizdə metalişləmə, o cümlədən silahqayırma istehsalının qədim dövrlərdən başlayaraq əsrdən-əsrə püxtələşən inkişaf yolunu izləmək imkanı verir. Muzeyin müxtəlif dövrlərə aid eskpozisiyasında təqdim olunan bu növ silahlar ulularımızın hərb tarixinin şücaət dolu səhifələrinin gənc nəslə çatdırılmasında, onların milli-vətənpərvərlik ruhunda tərbiyə olunmasında mühüm vasitə rolunu oynayır.
Qeyd edək ki, eksponatın bərpadan əvvəl və bərpadan sonrakı vəziyyətini Muzeyin bərpa laboratoriyası səhifəsinə daxil olaraq izləyə bilərsiniz.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.