XƏBƏRLƏR
XƏBƏRLƏR -
05 May, 2021
"İrs-Heritage" beynəlxalq Azərbaycan jurnalında Muzey əməkdaşının məqaləsi dərc olunub

"İrs-Heritage "  beynəlxalq Azərbaycan jurnalının növbəti sayında (107, 2021, s. 22-24) AMEA Milli Azərbaycan Tarixi Muzeyinin “Numizmatika və epiqrafika” elmi-fond şöbəsinin böyük elmi işçisi, t.ü.f.d. Aygün Məmmədovanın “Qarabağ zərbxanasının adı olan ilk gümüş dirhəmlər” adlı məqaləsi (rus dilində) nəşr edilmişdir.

Məqalədə 18-ci Elxani (Hülakülər, 654 – 758 = 1256 - 1358) hökmdarı Ənuşirvanın (745 – 756 = 1344 - 1356) hakimiyyəti dövründə təsadüf edən hicri 750 = 1349-cu ilin Qarabağ zərbxanasında istehsal edilmiş nadir gümüş dirhəm (çəkisi 1,1 q) barədə məlumat verilmişdir.

Hazırda bu dirhəm nadir eksponat olaraq AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika Fondunda qorunur (NF 7070).

Azərbaycanda aşkarlanan sikkə dəfinələrində mükəmməl texniki tərtibatı və yüksək əyаrı ilə fərqlənən Elxani gümüş sikkələrinin digər dövlətlərin sikkələri ilə birgə aşkarlanması Azərbaycanın yüksək iqtisadi potensialı ilə yanaşı həm də müvafiq dövrün ticarət əlaqələrini təsdiq edir.