XƏBƏRLƏR
XƏBƏRLƏR -
20 Aprel, 2022
Şəhid ailələri və qazilər muzeyi ziyarət ediblər

"Tarix yazan qəhrəmanlar" layihəsi çərçivəsində şəhid ailələrinin üzvlərinin və Vətən Müharibəsi  qazilərilərinin Milli Azərbaycan Tarixi Muzeyinə ziyarəti davam edir.

Azərbaycan Respublikası Şəhid Ailələri, Əlillər və Müharibə Veteranlarının Müdafiəsi İctimai Birliyinin dəstəyi ilə muzeyə dəvət olunmuş qonaqlar məşhur xeyriyyəçi H.Z.Tağıyevin xatirə muzeyini ziyarət ediblər. Muzeyin elmi işçisi Sahibə Ələkbərova qonaqlara muzey haqqında ətraflı məlumat verib və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsində muzeylərin xüsusi əhəmiyyətinin olduğunu da vurğulayıb.

Qeyd edək ki, şəhid ailələri və qazilər üçün muzeydə təşkil edilmiş ekskursiyaların davamlı şəkildə olacağı nəzərdə tutulub.