XƏBƏRLƏR
XƏBƏRLƏR -
13 May, 2024
Muzeyin direktoru Şuşada "Xarıbülbül" Beynəlxalq Musiqi Festivalında iştirak edib
Mayın 11-də Şuşanın Cıdır düzündə Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə VII “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının və “Şuşa – İslam dünyasının mədəniyyət paytaxtı 2024” ilinin açılış mərasimi keçirilib.
Tədbirdə Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı iştirak edib.
Xatırladaq ki, festival mayın 12-də Şuşada, mayın 13-də isə Laçında davam edəcək.
Dünyanın bir çox ölkələrindən çoxsaylı musiqiçilərin iştirak etdikləri bu dostluq və musiqi bayramı mədəni irsimizin zəngin ənənələrinin qorunub saxlanılması ilə yanaşı, müxtəlif ölkələri təmsil edən musiqiçilərə ünsiyyət və əməkdaşlıq üçün əlverişli şərait yaradaraq, mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsinə töhfə verir.