XƏBƏRLƏR
06 May, 2021
Arvana kurqanının artefaktları Muzeyin arxeoloji kolleksiyasına təhvil verilib
Hər il arxeoloqlarımızın fədakar əməyi nəticəsində Azərbaycanın ulu tarixini və zəngin mədəniyyətini özündə əks etdirən neçə-neçə abidə, o cümlədən maddi mədəniyyət nümunəsi aşkar edilərək ikinci həyat qazanırlar. Sevindirici haldır ki, arxeoloqlarımız öz ənənələrinə sadiq qalaraq gərgin araşdırmalardan sonra tapdıqları maddi nümunələrin elmi və bədii baxımdan əhəmiyyətli hissələrini AMEA Milli Azərbaycan Tarixi Muzeyinə təhvil verirlər.
Bu günlərdə Muzeyin Arxeologiya fonduna daimi mühafizə üçün təhvil verilmiş maddi nümunələr arasında Arvana kurqanının artefaktları da yer alır.
Həmin artefaktlar AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun “Yardımlı arxeoloji ekspedisiyası”nın rəisi, t.ü.f.d., dosent Anar Ağalarzadənin rəhbərliyi altında 2019-cu ildə Yardımlı rayonu ərazisindəki Tunc-İlk Dəmir dövrü abidələrində, daha dəqiq desək, rayonun Arvana kəndi ərazisində qeydə alınmış kurqanda apardığı arxeoloji tədqiqat işləri zamanı tapılıb. Arvana kurqanı eyniadlı kənddən 200 m cənubda, el arasında “Qaryatan” adlanan yerdədir.
Muzeyə təhvil verilmiş Arvana kurqanının artefaktları müxtəlif formalı 8 ədəd saxsı qabdan, tunc rapiraşəkilli qılıncdan, tunc xəncərdən, pasta və sümük muncuqlardan ibarətdir. Müqayisəli təhlillərə əsasən bu tapıntılar e.ə. I minilliyin əvvəllərinə aid edilir.
Muzey mütəxəssisləri bu tapıntıların elmi əhəmiyyətini nəzərə alaraq onların tunc dövrü ekspozisiyasında nümayiş etdirilməsini məqsədəuyğun hesab ediblər.
2 iyul – Azərbaycanda Polisi Günü qeyd olunur
Bu gün Azərbaycanda Polisi Günü qeyd olunur. Xalqın təhlükəsizliyinin təmin edilməsində, ictimai asayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizəd...
Bu gün Vətən müharibəsi şəhidi Toğrul Bərxudarovun doğum günüdür
Toğrul Məmməd oğlu Bərxudarov 1987-ci il iyunun 30-da Gəncə şəhərində anadan olub. 2020-ci ilin sentyabrın 27-də Azərbaycan Respublikasının ərazi bü...
YAP Binəqədi Rayon Təşkilatı tərəfindən muzeyə təşəkkürnamə təqdim edilib
Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı tərəfindən gənclərin asudə vaxtlarının səmərəli keçirmələri məqsədilə təşkil olunmuş Yay məktəbi la...
Bu gün Vətən Müharibəsi şəhidi İlkin Əhədzadənin doğum günüdür
İlkin Əhədzadə Qələmşah oğlu 1985-ci il iyunun 26-da Bakı şəhərində anadan olub. 2020-ci ilin sentyabrın 27-də Azərbaycan Respublikasının ərazi bütövl...
Muzeyin əməkdaşı İctimai Radioda çıxış edib
26 iyun-Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin Vətən Müharibəsi fondunun müdiri Şəfa Mövsümo...
26 iyun Azərbaycan Silahlı Qüvvələri Günüdür
1918-ci il 26 iyun tarixində Azərbaycan Xalq Cümhuriyyəti hökuməti ilk hərbi korpusun (diviziya statusunda) yaradılması barədə qərar qəbul etmiş, Azər...
Muzeyin direktoru və direktor müavini Monqolustanda keçirilən Avrasiya muzeylərinin I Beynəlxalq Forumunda iştirak ediblər
Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı və muzey eksponatlarının qorunması və qeydiyyatı üzrə direktor müavini - baş müh...
Muzeyin bərpaçı-rəssamının əsərləri sərgidə nümayiş olunub
Milli Azərbaycan Tarixi Muzeyinin bərpaçı-rəssamı Rəvanə Abbassoy Azərbaycan Respublikasındakı Yunus Emre İnstitutunun təşkil etdiyi təzhib və miniatü...