7 may 2021-ci ildə Lənkəran Dövlət Universitetinin təşkilatçılığı ilə keçirilən ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Azərbaycanda xalq, dövlət və ordu birliyinin gücü” mövzusunda Respublika Elmi Konfransı keçirilib (online formatda).
Konfransda AMEA Milli Azərbaycan Tarixi Muzeyinin “Numizmatika və epiqrafika” elmi-fond şöbəsinin böyük elmi işçisi, t.ü.f.d. Aygün Məmmədova “Bürcəli sikkə dəfinəsi XIII – XIV əsrlərə dair numizmatik faktdır” mövzusunda məruzə edib (həmmüəllif: LDU müəllimi, t.ü.f.d. Mayis Cəfərov). Məruzədə son numizmatik tapıntılara istinadən Elxanilər (Hülakülər) dövləti hökmdarları - Qazanxan Mahmud (1294 - 1303) və Ulcaytu (Muhəmməd Xudabəndə, 1303-1316) dövründə Azərbaycanın pul təsərrüfatı və müvafiq dövrün ticarət əlaqələri haqqında məlumat verilmişdir.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.