XƏBƏRLƏR
XƏBƏRLƏR -
21 May, 2021
Kolleksiyaçı muzeyə hədiyyələr verdi

21 may 2021-ci ildə kolleksiyaçı Ruslan Rəhimov şəxsi kolleksiyasında olan bir sıra materialları - XVI əsrə aid mis sikkələr (8,51 kq) və 1908-1925-ci illərdə Azərbaycanda nəşr edilən müxtəlif qəzetləri (“Açıq söz”, “Kommunist”, “Sədaye həqq”, “Əxbar”, “Tərcüman”, “Dağıstan füqərası”, “İqbal”, “Yeni fikir”, “Məlumat”, “Nicat”) AMEA Milli Azərbaycan Tarixi Muzeyinə hədiyyə etmişdir. Materiallar muzeyin fondlarına təhvil verilmişdir.