XƏBƏRLƏR
XƏBƏRLƏR -
Beynəlxalq əlaqələr
24 May, 2021
Muzey əməkdaşı Beynəlxalq Konfransda məruzə edib

Rusiya Federasiyasının Tver şəhərində keçirilən XXI Ümumrusiya Numizmatika Konfransında Muzeyin “Numizmatika və epiqrafika” elmi-fond şöbəsinin böyük elmi işçi, t.ü.f.d. Aygün Məmmədova “Afanasiy Nikitinin yolları: Ağsu çayı sahillərindəki Kaşin sikkəsi” (Путями Афанасия Никитина: кашинское пуло с берегов реки Агсу) məruzəsi ilə çıxış etmişdir (həmmüəllif: Moskva Tarix Muzeyinin numizmat - eksperti, t.ü.f.d. Vasili Zaytsev).

Nüfuzlu numizmat-alimlərin iştirak etdiyi konfransda t.ü.f.d. Aygün Məmmədova 2010-cu ildə arxeoloq-alim, t.ü.e.d., professor Qafar Cəbiyevin rəhbərliyi ilə Ağsu rayonunun Xarabaşəhər qədim yaşayış yerində aşkarlanmış, hazırda muzeyin Numizmatika Fondunda qorunan XV əsrin Kaşin mis sikkəsi (1,77 q, NF 56062) əsasında uyğun dövrün pul təsərrüfatı, həmçinin Şirvan və Rusiya arasında olan ticarət əlaqələri barədə məlumat verilmişdir.

Xatırladırıq ki, bu unikal faktiki tapıntı Azərbaycanın numizmatika tarixində ilk dəfə qeydiyyata alınmışdır və sikkənin numizmatik təyinatını t.ü.f.d. Aygün Məmmədova təqdim etmişdir.