XƏBƏRLƏR
03 İyun, 2021
Muzey əməkdaşının məqaləsi beynəlxalq konfrans materiallarında nəşr edilmişdir
24 may 2021-ci il tarixində Tver Dövlət Mərkəzləşmiş Muzeyi, Rusiyanın Dövlət Tarix Muzeyi, Dövlət Ermitajı və Rusiya Elmlər Akademiyasının Arxeologiya Muzeyinin təşkilatçılığı ilə Rusiyanın Tver şəhərində XXI Ümumrusiya Numizmatika Konfransı keçirilmişdir.
AMEA Milli Azərbaycan Tarixi Muzeyinin “Numizmatika və epiqrafika” elmi-fond şöbəsinin böyük elmi işçisi, t.ü.f.d. Aygün Məmmədova “Afanasi Nikitininin yolları ilə: Ağsu çayı sahillərindəki Kaşin sikkəsi” adlı məruzə ilə konfransda onlayn formatda çıxış etmişdir (Həmmüəllif: Moskva şəhərindəki Dövlət Tarix Muzeyinin numizmat alimi, t.ü.f.d. Zaytsev Vasili). Məruzə məqalə şəklində konfrans materiallarında nəşr edilmişdir (Путями Афанасия Никитина: кашинское пуло с берегов реки Агсу // Двадцать первая Всероссийская Нумизматическая Конференция. Тверь, 2021, с. 168 – 171).
Məqalədə ilk dəfə olaraq nadir numizmatik fakt - 2010-cu ildə arxeoloq-alim, t.ü.e.d., professor Qafar Cəbiyevin rəhbərliyi ilə Ağsu rayonunun “Xaraba şəhər” adlı qədim yaşayış yerində aşkarlanan, hazırda muzeyin Numizmatika Fondunda qorunan XV əsrin Kaşin mis sikkəsi (1,77 q, NF 56062) barədə məlumat verilmişdir.
Vende Muzeyinin direktoru və əməkdaşları Milli Azərbaycan Tarixi Muzeyini ziyarət ediblər
ABŞ-ın Kaliforniya ştatının Kalver-Siti şəhərində yerləşən Vende Muzeyinin (Wende Museum) təsisçisi və icraçı direktoru Castin Cəmpol (Justinian Jampo...
Milli Azərbaycan Tarixi Muzeyi ilə Qazaxıstan Respublikasının “Həzrət Sultan” Milli Tarix-Mədəniyyət Muzey-Qoruğu arasında əməkdaşlıq memorandumu imzalanıb
Sənəd iki muzey arasında elmi və peşəkar əlaqələrin inkişaf etdirilməsini, muzey işi sahəsində təcrübə mübadiləsinin aparılmasını, elmi-tədqiqat və tə...
Milli Azərbaycan Tarixi Muzeyində «Mavi Günbəzin sirri» adlı beynəlxalq sərgi açılacaq
30 sentyabr 2026-cı il tarixində Bakı şəhərində, Milli Azərbaycan Tarixi Muzeyində Qazaxıstan Respublikasının “Əzrət Sultan” Milli Tarixi-Mədəni Muzey...
Muzeyin əməkdaşı beynəlxalq muzey konqresində məruzə ilə çıxış edib
18–21 may 2026-cı il tarixlərində Qazaxıstan Respublikasının Astana şəhərində Qazaxıstan Respublikasının Mədəniyyət və İnformasiya Nazirliyi və Qazaxı...
Muzeyin əməkdaşı beynəlxalq simpoziumda onlayn iştirak edib
20–21 may 2026-cı il tarixlərində Qazaxıstanın Almatı şəhərində “Türk incəsənəti, tarixi və folkloru” adlı XX Beynəlxalq Simpozium keçirilib. Simpoziu...
Muzeyin əməkdaşı Sankt-Peterburqda keçirilən beynəlxalq dəyirmi masada iştirak edib
Milli Azərbaycan Tarixi Muzeyinin Vətən Müharibəsi fondunun müdiri Şəfa Mövsümov 11–17 may 2026-cı il tarixlərində Rusiyanın Sankt-Peterburq şəhərində...
Muzeydə Beynəlxalq əməkdaşlıq təcrübəsi” mövzusunda seminar-qrup-işi (work-shop) keçiriləcək
13 may 2026-cı il tarixində saat 14:00-da Milli Azərbaycan Tarixi Muzeyində “Mədəniyyətlərarası körpü: Muzeyin beynəlxalq əməkdaşlıq təcrübəsi” mövzus...
Muzeyin nəşrləri Britaniya Kitabxanasında
Milli Azərbaycan Tarixi Muzeyi tərəfindən nəşr olunan Qafqaz Albaniyasının xristian abidələri haqqında monoqrafiya, həmçinin muzeyin etnoqrafik kollek...