Muzeyin Vətən müharibəsi fondunun müdiri Şəfa Mövsümlü 15 iyun Milli Qurtuluş Günü münasibətilə İctimai TV-nin "Dikdaban " verilişinin qonağı olub. Ş. Mövsümlü Milli Qurtuluş gününün tarixi əhəmiyyəti, ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra ölkədəki ictimai -siyasi vəziyyət barədə məlumat vermişdir.
Muzey əməkdaşı həmçinin aparıcıların suallarını cavablandırıb.
Ətraflı keçiddə - https://itv.az/tvshows/1?episode=6076
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.