XƏBƏRLƏR
XƏBƏRLƏR -
Mühüm hadisələr
17 İyun, 2021
Şəhid Ruslan Cəfərlinin şəxsi əşyaları Muzeyə təqdim edilib

Ruslan  Cəfərli Nəcəf oğlu 1995-ci il mayın 25-də Mingəçevir şəhərində anadan olub. Mingəçevir  4 nömrəli məktəbdə təhsil alıb, 2013-2015-ci illərdə həqiqi hərbi xidmətdə olub. Vətən müharibəsinə yollanan Ruslan 2013-2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Gədəbəy rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub.

Azərbaycan Ordusunun əsgəri olan Ruslan Cəfərli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.

Ruslan Cəfərli oktyabrın 21-də Tərtər-Ağdərə istiqamətində Suqovuşan və Talış kəndinin azadlığı uğrunda gedən döyüşlərdə Şəhid olub. Mingəçevir şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ruslan Cəfərli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Qeyd edək ki, materiallar Muzeyə Ramiyə İsmayılova vasitəsilə təqdim edilib.