AMEA və Türkiyənin İKSAD təşkilatı tərəfindən 17-19 iyun 2021-ci il tarixində keçirilmiş “Qarabağ. Sosial və bəşəri elmlərdə modern araşdırmalar” mövzusunda beynəlxalq konfransın materialları nəşr olunub.
Topluda Muzeyin əməkdaşı t.ü.f.d. Əli Fərhadovun “XIX əsrin sonu - XX əsrin əvvəlləri Azərbaycanda xristianlığın tarixindən: Pavel Florenski nümunəsi” adlı məruzəsi yer alıb.
Məruzədə Azərbaycanda xristianlıq barədə, həmçinin Qarabağ əsilli, yevlaxlı rus ilahiyyatçı filosofu Pavel Florenskinin həyat və yaradıcılığı haqqında məlumat verilib. P.Florenskinin Azərbaycan və İslam tarixinə, xristian məzhəblərinə, Qarabağ albanlarına və ermənilərə baxışından bəhs edilib. Filosofun Stalin repressiyasının qurbanı olduğu göstərilib.
Həmçinin Muzeyin elmi işçisi Sahibə Ələkbərovanın "İşğaldan azad edilmiş ərazilərdəki muzeylərin mövcud fəaliyyətinin öyrənilməsi və gənc muzeyşünasların tədrisi prosesində rolu" ("Yolumuz Qarabağadır! Qarabağ Azərbaycandır! layihəsi əsasında") adlı məruzəsi də çap edilib. Məruzədə Qarabağ maddi-mədəniyyət nümunələrinin toplandığı muzeylərin gənc muzeyşünaslar tərəfindən təbliğ edilməsindən bəhs edilib.