XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
26 Dekabr, 2012
Görkəmli xanəndə Qədir Rüstəmova məxsus əşyalar muzeyə hədiyyə olundu

Qədir Rüstəmova məxsus əşyalar Qarabağ xanəndəlik məktəbinin tanınmış nümayəndələrindən biri, Azərbaycanın Xalq Artisti, xanəndə, muğam ifaçısı Qədir Rüstəmovun (1935-2011) şəxsi əşyaları, sənədləri və təltif nişanları Milli Azərbaycan Tarixi Muzeyinə hədiyyə olundu.


 

Tanınmış xanəndənin həyat yoldaşı Fatma xanım Azadi tərəfindən Muzeyə təqdim olunan əşyalar sırasında görkəmli muğam ustası Xan Şuşinskinin 1965-ci ildə Qədir Rüstəmova bağışladığı qaval və qəlyan, xanəndənin qəlyan kolleksiyası, qızıl və gümüş üzükləri, “Xalq artisti”, “Əməkdar artist” vəsiqələri, “Şöhrət” ordeni və s. əşyalar var. Muzeyin direktoru, akademik Nailə Vəlixanlı Fatma xanıma öz dərin təşəkkürünü bildirmiş, Qədir Rüstəmova məxsus əşyaların Muzeyin eksponatları sırasında layiqli yer tutacağını qeyd etmişdir. Xatırladaq ki, Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyasında XIX - XX əsr Azərbaycanın tanınmış bəstəkar, müğənni, musiqiçiilərin şəxsi əşyaları və sənədlərindən ibarət zəngin kolleksiya qorunur. Bu materiallar əsasında Muzeyin dailmi ekspozisiyasının “XIX - XX əsrin əvvəllərində mədəniyyət” bölümündə müvafiq sektor qurulmuş, maestro Niyaziyə həsr olunmuş sərgi keçirilmiş və kataloq nəşr olunmuş, Üzeyir Hacıbəyovun xatirəsinə həsr olunmuş sərgilər təşkil edilmişdir.

Qədir Rüstəmova məxsus əşyalar  Qədir Rüstəmova məxsus əşyalar Qədir Rüstəmova məxsus əşyalar