XƏBƏRLƏR
XƏBƏRLƏR -
Mühüm hadisələr
15 İyul, 2021
II Vətən müharibəsi şəhidi Müseyib Zeynalova məxsus materiallar Muzeyə təhvil verilib

Azərbaycan Silahlı Qüvvələrinin mayoru, Vətən müharibəsi şəhidi Zeynalov Müseyib Saleh oğluna məxsus materiallar Milli Azərbaycan Tarixi Muzeyinə təhvil verilib.

Zeynalov Müseyib 1978-ci il yanvarın 27-də Salyan şəhərində anadan olub. 1984-cü ildə  Aşıq Pənah adına 1 saylı tam orta məktəbin rus bölməsinə qəbul olunmuşdur. 1992-ci ildə C. Naxçıvanski adına Hərbi Liseyə daxil olmuş və 1996-cı ildə oranı bitirərək hərbi təhsilini Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində  davam etdirmişdir.

2000-ci ildə hərbi məktəbi uğurla başa vuraraq “Leytenant” hərbi rütbəsinə layiq görülmüşdür. 2000-2003-cü illərdə Gəncə şəhərində və Murovdağ ərazisindəki hərbi hissələrdə taqım komandiri vəzifəsində  xidmət etmişdir. M.Zeynalov 2003-cü ildən 2014-cü ilədək H.Əliyev adına AAHM-də taqım komandiri, bölük komandiri, taborun tərbiyə işləri üzrə müavini və müəllim vəzifələrində çalışaraq  Azərbaycan ordusunda minlərlə zabitlərin yetişdirilməsi üçün böyük rolu olmuşdur. Bu illər ərzində M.Zeynalov III dərəcəli, II dərəcəli və I dərəcəli “Qüsursuz xidmətlərinə görə “ medalları ilə təltif olunaraq Baş leytenant və mayor rütbələrinə qədər yüksəlmişdir.  O, həmçinin Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 90 və 95 illiyi ilə əlaqədar yubiley medalları ilə də təltif edilmişdir.

Müseyib Zeynalov 2016-cı ilin Aprel döyüşlərində iştirak etmiş, 2020-ci ilin sentyabrın 27-də II Vətən müharibəsi başlayanda Müseyib Zeynalov könüllü olaraq döyüşlərə qatılmışdır. Qubadlı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlmişdir.

Ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

Qeyd edək ki, materiallar Muzeyə Vətən müharibəsi fondunun müdiri Şəfa Mövsumovun vasitəsi ilə təhvil verilmişdir.

 

Təltifləri


 

  • Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008) yubiley medalı - lent.png (26.06.2008) — "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı
  • Qüsursuz xidmətə görə III dərəcəli medalı - lent.png (26.06.2010) — "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı
  • Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013) yubiley medalı - lent.png (26.06.2013) — "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı
  • Qüsursuz xidmətə görə II dərəcəli medalı - lent.png (26.06.2015) — "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı
  • Медаль "100 лет (1918-2018) Азербайджанской Армии".png (26.06.2018) — "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı
  • Qüsursuz xidmətə görə I dərəcəli medalı - lent.png (26.06.2020) — "Qüsursuz xidmətə görə" 1-ci dərəcəli medalı
  • AZ For The Fatherland medal ribbon (2nd version).png (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)
  • AZ For liberation medal ribbon.png (24.12.2020) — "Cəbrayılın azad olunmasına görə" medalı (ölümündən sonra)
  • AZ For liberation medal ribbon.png (29.12.2020) — "Qubadlının azad olunmasına görə" medalı (ölümündən sonra)