15-16 iyul 2021-ci ill tarixlərində AMEA-nın Folklor İnstitutu, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Türkiyə Cumhuriyyətinin İKSAD İnstitutunun birgə təşkilatçılığı ilə "Ziyalı işığında" Ramazan Qafarlı - 70 Beynəlxalq İctimai və Mədəni Elmlər Konfransı keçirilib.
Konfransda Muzeyin əməkdaşı t.ü.f.d. Əli Fərhadov konfransda "XIX - XX əsrin əvvəlləri Şimali Azərbaycanda yəhudiliyin tarixindən" adlı məruzə ilə çıxış edib. Məruzədə xəzərlər dövründən bəri dövlət siyasəti nəticəsində, xüsusilə Quba xanlarının sayəsində Azərbaycanın yəhudilərin ikinci vətəni olduğu bildirilib.
Həmçinin məruzədə 1905 və 1918-ci illərdə daşnakların törətdiyi qətliamlarıın yəhudi və azərbaycanlıları daha da yaxınlaşdırdığı qeyd olunub, M.Ə.Rəsulzadənin və AXC hakimiyyətinin yəhudilərə tolerant və multikultural baxışından, himayəsindən bəhs olunub.
Konfrans materialları nəşr olunacaq.