AMEA Milli Azərbaycan Tarixi Muzeyinin ekspozisiya təhlükəzisliyi üzrə direktor müavini Həbibə Əliyeva və Xarici əlaqələr və sərgilərin təşkili şöbəsinin əməkdaşı Səidə Həmzəbəyova Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərində keçirilmiş III Beynəlxalq Memarlıq Simpoziumunda iştirak etmişlər.
Dubay hökuməti və bələdiyəsi, ISESCO və bir sıra digər qurumların təşkilatçılığı ilə keçirilən Simpoziumda Azərbaycan nümayəndələri ilə bərabər BƏƏ, Bəhreyn, Türkyə, ABŞ, İtalya, Misir, Banqladeş, İraq, Kuveyt, Oman, Qatar, Surya, Yəmən, Bəhreyin, Fələstin, Yunanıstan, Abu-Dabi (), Əlcazair, Finladiya, Hindistan, Nigeriya, İspaniya, Almaniya, Avistraliya və digər ölkələrin nümayəndələri iştirak etmişlər. Həbibə Əliyeva “Azərbaycanda memarlıq abidələrində yerləşən muzeylərin bərpası haqqında” adlı geniş məruzəsi monitorda slaydların nümayişi ilə müşayyət olunmuşdur. Tədbir iştirakçılarının suallarına cavab verən H.Əliyeva Azərbaycanda İslam memarlıq abidələrin qorunması və bərpası istiqamətində həyata keçirilən kompleks tədbirlər barədə məlumat vermişdir. Simpoziumun nəticələrinə əsasən H.Əliyevaya təşəkkür məktubu təqdim olunmuşdur.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.