Vətən müharibəsi iştirakçısı, qazi Nihat Əfəndi AMEA Milli Azərbaycan Tarix Muzeyini ziyarət etmişdir. Nihat Əfəndi “Anadır arzulara hər zaman Qarabağ!” və “Azərbaycan Atabəyləri dövləti” sərgiləri ilə tanış olaraq, şəxsi əşyalarını (fotoları, tərcümeyi–halı, onu yaralamış güllə başlığını) Muzeyin Vətən Müharibəsi Fonduna təhvil vermişdir.
Məlumat verək ki, Nihat Aydın oğlu Əfəndi 19 iyul 1999-cu ildə Sumqayıt şəhərində dünyaya gəlmişdir. O, 2005-2014-cü illərdə Sumqayıt şəhərindəki 29 saylı orta məktəbdə təhsil almışdır. IX sinifi bitirdikdən sonra 2016-cı ildə Bakı şəhərindəki 2 saylı peşə liseyini “video operator” ixtisası üzrə bitirmişdir.
2017-ci ilin iyul ayında həqiqi hərbi xidmətə çağırılmış və Ağdam rayonundakı “N” saylı hərbi hissədə xidmət edərək 2019-cu ilin yanvar ayında ordu sıralarından tərxis olunmuşdur.
Məktəbli yaşlarından səkkiz il Sumqayıt şəhərindəki “Aliminium” idman zalında “sərbəst güləş” üzrə məşğul olmuşdur.
2020-ci ildə Vətən müharibəsinin başlaması ilə əlaqədar olaraq səfərbərliyə cəlb edilmiş və cəbhəyə göndərilmişdir.
21 sentyabrda əvvəlcə Qusar rayonundakı “N” saylı hərbi hissəyə, 27 sentyabrdan isə Qarabağ ərazisinə göndərilmişdir. Füzuli, Cəbrayıl və Xocavənd ərazisindəki döyüşlərdə iştirak etmişdir.
2020-ci il oktyabrın 13-də Hadrutun azad edilməsi əməliyyatında düşmənin artilleriya atəşi nəticəsində sol gözündən və sağ ayağından yaralanmışdır.
2020-ci il noyabrın 3-dən yenidən hərbi əməliyyatlara cəlb edilmişdir. Həmin ilin 30 dekabrında ordu sıralarından tərxis olunmuşdur.
“Vətən müharibəsində fəal iştirak etdiyinə görə” Fəxri Fərmanı ilə təltif edilmiş və “Füzulinin azad olunmasına görə” medalına layiq görülmüşdür.
Qeyd edək ki, Muzeyin əməkdaşı Aygün Məmmədova qazinin şəxsi əşyalarının Muzeyə təhvil verilməsində vasitəçi olmuşdur.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.