Dekabrın 26-da Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin binasında AMEA-nın Folklor İnstitutunun təşkilatçılığı ilə “Qarabağ folkloru: problemlər, perspektivlər” mövzpublika konfransı keçirilmişdir. Tədbirdə AMEA vise-prezidenti, Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı iştirak etmişdir.
AMEA-nın Humanitar və İctimai Elmlər Bölməsinin akademik-katibi, akademiyanın müxbir üzvü Kamal Abdullayev folklor nümunələrinin toplanmasının və nəşrinin əhəmiyyətindən danışmış, bu sahədə görülən işlərin genişləndirilməsinin vacibliyini vurğulamışdır. Son illər AMEA-nın Folklor İnstitutu Qarabağ sakinlərindən folklor nümunələrinin toplanmasına, nəşrinə, araşdırılmasına diqqəti artırmışdır. Bu elmi müəssisənin əməkdaşları cari ildə bölgə sakinlərinin yaşadığı yerlərə ezam olunmuş, toplanmış folklor nümunələri əsasında üçcildlik “Qarabağ: folklor da bir tarixdir” kitabı hazırlanmışdır. Folklor İnstitutunun direktoru, f.e. d. M. İmanov bildirmişdir ki, konfransın məqsədi Qarabağ folklorunu, mədəniyyətini öyrənən və araşdıran elm adamlarının bir araya gəlməsini təmin etmək, onların fikirlərini dünya ictimaiyyətinə çatdırmaqdır. Qeyd olunmuşdur ki, Qarabağ bölgəsindən qaçqın düşənlərdən toplanmış folklor nümunələrinin elmi əsaslarla arxivləşdirilməsi, nəşrə hazırlanması ilə yanaşı, onun perspektivlərinin müəyyənləşdirilməsi də nəzərdə tutulmuşdur. Sonra “Qarabağ: folklor da bir tarixdir” üçcildliyinin təqdimatı keçirilmişdir. Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik Nailə Vəlixanlı, AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun direktoru, professor İlham Məmmədzadə, professor Zümrüd Quluzadə, AMEA-nın müxbir üzvü Tofiq Hacıyev və başqaları folklor nümunələrinin toplanmasında Folklor İnstitutunun fəaliyyətini yüksək qiymətləndirmiş, institut əməkdaşlarının əməyinin bəhrəsi olan kitabın əhəmiyyətini qeyd etmişlər. Daha sonra konfrans işini “Şuşa”, “Laçın” və “Xocalı” bölmələri üzrə keçirilən iclaslarla davam etdirmişdir. Bölmə iclaslarında “Qarabağın tərəkəmə folkloru”, “Qarabağ bayatı ifaçılığı”, “Yuxarı Qarabağ folklorunun toplanması problemləri”, “Xalq mahnılarında Qarabağ”, “Qarabağın bəzi toponimləri haqqında xalq etimologiyası” və digər mövzularda ümumilikdə 21 məruzə dinlənilərək müzakirə edilmişdir. Konfransın materialları toplu şəklində nəşr olunmuşdur.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.