XƏBƏRLƏR
XƏBƏRLƏR -
Beynəlxalq əlaqələr
07 Sentyabr, 2021
Milli Azərbaycan Tarixi Muzeyində Belarus nümayəndə heyəti ilə görüş keçirilib

II Dünya müharibəsində Belarus cəbhəsində döyüşmüş azərbaycanlılar haqqında kitab hazırlanması məqsədi ilə 6-11 sentyabr 2021-ci il tarixlərində Belarus nümayəndə heyətinin Azərbaycan Respublikasına səfəri planlaşdırılıb.

Qeyd edək ki, bu səfər proqramı çərçivəsində Belarus jurnalist yazarları Larisa Kuçerova və Dmitriy Koşevar ilə AMEA Milli Azərbaycan Tarixi Muzeyində görüş keçirilib. Görüşdə qeyd olunan kitabın hazırlanması ətrafında müzakirələr aparılıb. Baş direktor, akademik N.Vəlixanlı Milli Azərbaycan Tarixi Muzeyinin kitabın hazırlanmasında dəstək göstərəcəyini qeyd etdi. Müzakirə çərçivəsində muzeyin fondlarında mövzu ilə əlaqədar bir çox materialların olduğu və həmin materialların kitabın hazırlanması zamanı istifadə olunacağı vurğulandı.

Müzakirədən sonra Larisa  Kuçerova II Dünya müharibəsi dövründə azərbaycanlıların Belarus  uğrunda qəhrəmancasına döyüşdüyünü və Belarus xalqının bunu heç zaman unutmayacağını vurğuladı.

Həmçinin qonaqlara Muzeyin nəfis tərtibatlı nəşrləri təqdim olundu. Sonda qonaqlar Muzeyin ekspozisiyası, "Anadır arzulara hər zaman Qarabağ"  və “Nizami Gəncəvi və Azərbaycan Atabəyləri dövləti” adlı sərgiləri ilə tanış oldular.