Müsabiqənin təşkilində əsas məqsəd gənclərə vətənpərvərlik ruhunun yüksəldilməsi, həmrəylik və qəhrəmanlıq kimi ülvi hisslərin aşılanması, vətənimizin suverenliyi uğrunda Azərbaycan əsgərinin döyüş rəşadəti və şəhidlərimizin xatirəsinin yad edilməsidir.
Müsabiqənin şərtləri:
- Müsabiqə 44 günlük Vətən müharibəsinə həsr olunur, təqdim olan rəsm əsərləri Vətən müharibəsini, Qarabağ döyüşlərini əks etdirməlidir.
- Hər bir müəllif müsabiqəyə yalnız bir əsər təqdim edə bilər.
- Əsərlər orijinal və əvvəl heç yerdə çap olunmamalıdır.
- Müsabiqədə 10-18 yaş arası uşaq və gənclər iştirak edə bilərlər.
Müsabiqədə iştirak etmək istəyənlər öz rəsm əsərlərini və özü haqqında məlumatı, əlaqə vasitəsini (telefon nömrəsi və e-mail) Milli Azərbaycan Tarixi Muzeyinin İnnovasiyalar və təhsil proqramları şöbəsinə 2021-ci il noyabrın 1-dək təqdim etməlidirlər.
Müsabiqə iştirakçıları sertifikatla təltif olunacaq, Münsiflər heyəti tərəfindən müəyyən edilmiş 3 əsas qaliblərə fəxri diplom və mükafat təqdim olunacaq.
Ünvan: Milli Azərbaycan Tarixi Muzeyi, Hacı Zeynalabdin Tağıyev küç. 4,
Əlaqə nömrələri: 012-493-11-34; 055-665-52-57; 055734-76-64
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.