“Sankt-Peterburq Universitetinin Xəbərləri” («Вестник Санкт-Петербургского Университета») jurnalının redaksiyasının dahi azərbaycan şairi Nizami Gəncəvinin mənşəyi ilə başladığı diskussiya davam edir. Belə ki, 2010-cu ildə jurnalın səhifələrində azərbaycanlı tədqiqatçı Cabbar Məmmədovun “Nizami Gəncəvinin vətəni və milliyəti barədə mübahisəli məsələlər barədə” məqaləsi çap olunmuşdur («Вестник Санкт-Петербургского Университета», 2010, сер.13. вып.1) .
Nizami Gəncəvinin azəri türkü olması ilə bərabər məqalədə e.ə. I minillikdə Azərbaycanda türkdilli əhalinin yaşaması haqqında məqalar öz əksini tapmışdır. 2011-ci ildə Rusiyalı tədqiqatçı V.Qomoz həmin jurnalın səhifələrində “Nizaminin azərbaycanlaşdırılması” sərlövhəsilə məqalə dərc etdirmişdir («Вестник Санкт-Петербургского Университета», 2011, сер.13. вып.3). Məqalədə müəllif qısa formada C.Məmmədovun məqaləsini təhlil etmiş, daha sonra isə məsələ ilə bağlı öz fikirlərini açıqlamışdır. Tarixi həqiqətləri bir kənara ataraq V.Qomoz məqaləsinin “Azərbaycanlıların etnogenezi və Zaqafqaziyanın əhalisi” adlı bölümündə azərbaycan xalqının etnogenezi məsələsinə oldu primitiv və birtərəfli çəkildə yanaşmışdır. Belə ki, mənbələrə istinad etmədən müəllif XI əsrdə Qafqaz Albaniyasının əhalisi farslar və ermənilər tərəfindən assimilyasiya olması, azərbaycan etnosunun yalnız XVI əsrdə formalaşması, Azərbaycan millətinin isə yalnız SSRİ dövründə formalaşması barədə cəfəng fikirlər irəli sürmüşdür. Məqalənin “Nizaminin azərbaycanlışdırılması prosesi” adlı bölümündə müəllif Nizaminin yalnış sovet hakimiyyəti illərində Azərbaycan şairi olması barədə yazılmasını qeyd edir, Nizaminin Azərbaycan şairi olması haqqında fərziyyələri isə İ.Stalin və M.Bağırovla bağlı olduğunu vurğulayır. Bu fikirləri əsaslı faktlarla təsdiqləyə bilməyən V.Qomoz “Nizaminin azərbaycanlaşdırılması” kimi elmdən uzaq ifadəni dəfələrlə işlədir. Dövrün əsas mənbələri, salnamələrinə istinad etməyən, tanınmış Azərbaycan və xarici Nizamişünas alimlərin əsərləri ilə, deyəsən, heç tanış olmayan V.Qomozun məqaləsi elə Rusiyalı alimlərin etirazına səbəb olmuşdur. “Sankt-Peterburq Universitetinin Xəbərləri”nin həmin buraxılışında tədqiqatçı V.A.Drozdovun “Vladimir Qomozun “Nizaminin azərbaycanlaşdırılması” məqaləsinə rəy” adlı məqaləsi dərc olunub. V.Qomozun fikirlərini tutarlı faktlarla təkzib edən V.Drozdov sübut edir ki, o, Nizaminin əsl mənşəyini göstərən əsər və tədqiqatlardan ya istifadə etməmiş, ya da onlarda verilən fakt və nəticələri “göstərməyi unutmuşdur”. Dövrün sənədləri, həmçinin A.E.Krımski, E.E.Bertels kimi şərqşünasların əsərlərinə istinad edən V.Drozdov Nizami Gəncəvinin türkmənşəli Azərbaycan şairi, orta əsr Azərbaycan poeziyasının parlaq nümayəndəsi olmasını bir daha vurğulayır. “Sankt-Peterburq Universitetinin Xəbərləri”nin redaksiya heyəti qeyd edir ki, jurnalın səhifələrində bütün arzu edənlər elmi formada diskussiyaya qoşula bilər, bu və ya digər mübahisəli məsələrlə bağlı öz fikirlərini bildirə bilər. Hesab edirik ki, Azərbaycan tarixi və mədəniyyətini barmaqarası baxan, onları ötəri məqalələrlə ləkələyən istənilən müəlliflərin əsərlərinə Azərbaycan alimləri elmi, tutarlı faktlarla təsdiqlənmiş cavab verməlidirlər.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.