Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş çavuşu, Vətən müharibəsinin şəhidi Tural Şakir oğlu Abdullayevə məxsus materiallar muzeyin Vətən müharibəsi fondunda mühafizə olunur.
Tural Abdullayev 1990-cı il fevralın 26-da Laçın rayonunun Ərikli kəndində anadan olub. 2008-2010-cu illərdə Xüsusi Təyinatlı Qüvvələrin Salyan rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. 2011-ci ildən isə Daxili Qoşunların sıralarında xidmət edib. T.Abdullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Sentyabrın 30-da Murovdağ döyüşləri zamanı şəhid olub. Binə Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Tural Abdullayev ölümündən sonra "Qarabağ" ordeni, "Vətən uğrunda" medalı, "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilib.
Şəhid T.Abdullayevin materialları muzey əməkdaşı Aslan Qasımov tərəfindən Vətən müharibəsi fonduna təhvil verilib.
Təltifləri
(26.06.2020) — "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı
(09.12.2020) — "Qarabağ" ordeni (ölümündən sonra)
(15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)
(29.12.2020) — "Kəlbəcərin azad olunmasına görə" medalı (ölümündən sonra)
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.azhistorymuseum.gov.az saytına istinad zəruridir.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.