XƏBƏRLƏR
XƏBƏRLƏR -
Mühüm hadisələr
04 Oktyabr, 2021
Muzeyin qocaman əməkdaşı Əmir Yusif Zəvərov vəfat edib

AMEA Milli Azərbaycan Tarixi Muzeyinin qocaman əməkdaşı, Bərpa laboratoriyasının bərpaçı-rəssamı, əməkdar mədəniyyət işçisi, gözəl mütəxəssis Əmir Yusif Zəvərov 86 yaşında vəfat etmişdir.

Əmir müəllim intizamında dəqiq olduğu kimi, peşəkar fəaliyyətində də məsuliyyətli idi. Son günlərinədək muzeyin arxeoloji materiallarını bərpa edərək onlara ikinci həyat bəxş etmişdir. İxtisasca memar olan Ə.Zəvərov SSRİ Memarları İttifaqının üzvü olmuşdur. Əhəmiyyətli layihələrin müəllifi olan Ə.Zəvərov gənc yaşlarından arxeolji ekspedisiyaların tərkibində memar və rəssam kimi iştirak etmişdir. Onun böyük təcrübəsi muzeydə arxeoloji eksponatların bərpasında öz əksini tapmışdır.

Əmir Yusif Zəvərovun vəfatı ilə əlaqədar ailəsinə dərin hüznlə başsağlığı verir, Allahdan rəhmət və səbir diləyirik!