Milli Azərbaycan Tarixi Muzeyinin Arxeologiya fondunda daş abidələr sırasında XII əsrə aid mühüm tarixi məlumata malik nadir kitabə (ölçüsü: 2 x0,7 m) qorunur. 1954-cü ildə Bakı şəhərinin qala divarlarındakı şimal yarımbürclərdən birinin dağılması zamanı aşkar edilən, əhəng daşından olan bu kitabənin üstündəki üçsətirlik ərəbdilli yarımçıq yazıdan şəhər divarlarının 514- 555/1120-1160-cı illərdə hökmdarlıq etmiş şirvanşah III Mənuçehrin əmri ilə tikildiyi məlum olur. Kitabə hələ orta əsrlərdən Şirvanın iqtisadi-ticari mərkəzi kimi ad çıxarmış Bakıda Şirvanşahlar dövlətinin güclənməsi ilə bağlı istehkam tikintisi işlərinin daha da genişləndiyini təsdiq edir.
Azərbaycanda intibah dövrü şəhərsalma mədəniyyətinin yüksək inkişaf səviyyəsini Muzeyin Arxeologiya fondunda qorunan saxsı su tüngləri, şirli kaşı nümunələri, şirsiz divar üzlükləri, eləcə də Azərbaycanın Hacıqabul rayonunda yerləşən və hazırda bərpa olunmuş, XI əsr alim-filosofu Pir Hüseyn Şirvaniyə məxsus xanəgahın giriş qapısı üstündəki kitabə, “Səbayıl daşları” adı ilə məşhur olan yazılı və təsvirli daş nümunələri də təsdiq edir.
Qeyd edək ki, bütün müsəlman memarlığı üçün ümumi olan kanonlara, vahid elmi-nəzəri sistemə söykənən bu memarlıq nümunələri Azərbaycanın intibah dövrü memarlığının şah əsərləri hesab olunur.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.