Nəzərinizə çatdırırıq ki, şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti bərpa olunduğu üçün Milli Azərbaycan Tarixi Muzeyinin ekspozisiyasının iş vaxtı dəyişdirilib.
9 oktyabr 2021-ci il tarixindən ekspozisiya bazar günü istisna olmaqla hər gün saat 10:00-dan 18:00-dək fəaliyyət göstərəcək (kassa 17:00-da bağlanır).
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.