XƏBƏRLƏR
XƏBƏRLƏR -
Mühüm hadisələr
11 Oktyabr, 2021
Muzeyin əməkdaşı orta məktəb şagirdlərinə mühazirə deyib

Milli Azərbaycan Tarixi Muzeyinin İnnovasiyalar və təhsil proqramları şöbəsinin əməkdaşı Qənirə Qafarlı və muzeyin meneceri Kübra Dadaşova məktəb-muzey əlaqələrini genişləndirmək məqsədi ilə Füzuli rayon 1 saylı tam orta məktəbdə olublar.

Q.Qafarlı şagirdlərə "Milli Azərbaycan Tarixi Muzeyinin eksponatlarında milli-mənəvi dəyərlərimizin əksi" mövzusunda mühazirə deyib. Slaydlarla müşayiət olunan çıxışda muzeyin yerləşdiyi tarixi bina, muzeyin tarixi, strukturu, ekspozisiyası və Arxeologiya, Etnoqrafiya, Silahlar və bayraqlar fondlarının materialları haqqında məlumat verib. Gənc nəslə milli irsimizin təbliği mövzusunda olan mühazirə maraqla qarşılanıb, verilən suallar Q.Qafarlı tərəfindən ətraflı cavablandırılıb.

Sonda muzeyin nəşrləri məktəbin kitabxanasına hədiyyə olunub.