Qeyd edək ki, Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin kapitanı, II Vətən müharibəsi şəhidi Nurlan Hamlet oğlu Mustafayevin şəxsi əşyaları muzeyin Vətən müharibəsi fondunda qorunur.
Nurlan Mustafayev 1990-cı il iyulun 22-də Sumqayıt şəhərində anadan olmuşdur. 1997-2005-ci illərdə Nəsimi rayonunun P.Saleh adına 159 nömrəli tam orta məкtəbində, 2005-2008-ci illərdə Cəmşid Naxçıvansкi adına Hərbi Liseydə təhsil alıb. 2008-2012-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məкtəbində (AAHM), 2010-2013-cü illərdə isə Almaniyada Hərbi Liseydə "Motoatıcı" ixtisası üzrə ali hərbi təhsil alıb.
Fondda qorunan materiallara əsasən qeyd edə bilərik ki, N.Mustafayev 2018-ci ildə Türkiyənin İzmir şəhərində 23 ölkənin xüsusi tayinatlı qüvvələrinin qatıldığı "EFES-2018" təlimində iştirak etmişdir. Həmin təlim-yarışda Azərbaycan Xüsusi Tayinatlı Qüvvələrinin hərbiçiləri 1-ci yerə layiq görülmüşdür. Təlim-yarışda fəal iştirakına görə N.Mustafayev sertifıkat va Azərbaycan Respublikasının Müdafıə Naziri general-polkovnik Zakir Həsənov tərəfındən xüsusi hədiyyə ilə təltif olunmuşdur. 2019-cu ilin yanvar-fevral aylarında Ruminiyada keçirilən "Dağ xizəkçiliyi", 2020-ci ilin fevral ayında Gürcüstanda keçirilən xizək sürmə va qarlı ərazilari ötüb keçmak, axtarış-xilasetmə və təxliyyə tədbirlərinin təşkili, qarlı ərazidə sığınacağın qurulması və gecələmək üzrə təlimlərdə iştirak etmiş, təlimləri birinciliklə bitirmiş, sertifikatlarla təltif olunmuşdur. N.Mustafayev dörd xarici dil bilirdi.
27.09.2020-ci il tarixində II Vətən müharibəsi başlanan gündən Vətən torpaqlarının azad olunması uğrunda döyüşlərə qatılmışdır. Müxtəlif rayonların va strateji obyektlerin azad olunmasında xüsusi şücaət göstərmiş və 12 oktyabr 2020-ci il tarixində Hadrut uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. II Fəxri Xiyabanda dəfn olunub. Ailəli idi. Bir oğul övladı yadigar qalıb.
Qeyd edək ki, şəhid N.Mustafayevə məxsus materiallar ailəsi tərəfindən muzeyin Vətən müharibəsi fonduna təhvil verilmişdir.
Təltifləri
- (26.06.2013) — "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı
- (26.06.2018) — "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı
- (26.06.2020) — III dərəcəli "Qüsursuz xidmətə görə" medalı
- (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)
- (15.12.2020) — "Azərbaycan Bayrağı" ordeni (ölümündən sonra)
- (24.12.2020) — "Cəbrayılın azad olunmasına görə" medalı (ölümündən sonra)
- (24.06.2021) — "Füzulinin azad olunmasına görə" medalı (ölümündən sonra)
- (24.06.2021) — "Kəlbəcərin azad olunmasına görə" medalı (ölümündən sonra)