XƏBƏRLƏR
21 Oktyabr, 2021
Muzey əməkdaşı beynəlxalq elmi konfransda iştirak edib
Milli Azərbaycan Tarixi Muzeyinin Vətən Müharibəsi fondunun müdiri Şəfa Mövsümov AMEA Elm Tarixi İnstitutunun təşkil etdiyi "Elm tarixi və elmşünaslıq: fənlərarası tədqiqatlar" mövzusunda beynəlxalq elmi konfransda "Milli Azərbaycan Tarixi Muzeyinin Vətən Müharibəsi Fondunun materialları mənbəşünaslıq kimi" adlı məruzə ilə çıxış edib. Ş.Mövsümov fondda qorunan Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid və qazi olan həmvətənlərimizə məxsus geyim, xatirə əşyaları, sənədlər və fotoların toplanması, qorunması, tədqiqi və təbliği barədə ətraflı məlumat verib.
Unikal baş bəzəyində Humay Ana simvolu
Milli Azərbaycan Tarixi Muzeyinin Xüsusi fondunda qorunan bu unikal baş bəzəyi qədim inancların və estetik düşüncənin nadir nümunələrindəndir. Şamaxın...
Muzeydə Ahıska Türklərinə həsr olunmuş beynəlxalq interaktiv sərgi layihəsi müzakirə edilib
Türkiyənin Azərbaycandakı səfirliyinin müşaviri Seyla Sağlık Yavuzer, Ahıska türkləri ilə bağlı layihə çərçivəsində beynəlxalq interaktiv sərginin kur...
Muzeydə Albaniya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri ilə görüş keçirilib
Milli Azərbaycan Tarixi Muzeyində muzeyin direktoru, akademik Nailə Vəlixanlı ilə Albaniya Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və s...
Mimar Sinan Güzel Sanatlar Universitetinin professoru muzeyi ziyarət edib
İstanbulun Mimar Sinan Güzel Sanatlar Universitetinin professoru, bərpaçı-memar Oğuz Ceylan Azərbaycana səfəri çərçivəsində Milli Azərbaycan Tarixi Mu...
Milli Azərbaycan Tarixi Muzeyi ilə Qazaxıstanın Kokşetau Universiteti arasında əməkdaşlıq Memorandumu imzalanıb
Milli Azərbaycan Tarixi Muzeyi ilə Qazaxıstan Respublikasının Şokan Ualixanov adına Kokşetau Universiteti arasında elmi və mədəni əlaqələr istiqamətin...
Muzeyin bərpaçı-rəssamı Türkiyədə keçirilən təlimdə iştirak edib
Türkiyənin İstanbul şəhərində Kültür və Turizm Bakanlığının təşkilatçılığı ilə “Restorasyon, Kültür, Sanat və Araştırmacılık” mövzusunda təlim keçiril...
Muzeyin əməkdaşı Sankt-Peterburqda keçirilən beynəlxalq konfransda iştirak edib
Sankt-Peterburq şəhərində (Rusiya Federasiyası) Tavriçeskiy Sarayında “MDB xalqlarının birlik kollektiv yaddaşında Böyük Vətən müharibəsi: Qəl...
Muzeyin əməkdaşları Qazaxıstan Respublikasının Şımkənd şəhərində keçirilən beynəlxalq forumda iştirak ediblər
Qazaxıstan Respublikasının Şımkənd şəhərində ilk dəfə olaraq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən “MIRAS” Türk dəb etno dizaynerlərinin Beynəlxal...