Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Hərbi Akademiyasının nümayəndə heyəti və Türkiyə Respublikası Milli Müdafiə Universitetinin rektoru, professor Erhan Afyoncu rəhbərlik etdiyi nümayəndə heyəti ilə birlikdə Milli Azərbaycan Tarixi Muzeyini ziyarət ediblər. Muzeyin icraçı direktoru, t.ü.f.d., dosent Fərhad Cabbarov qonaqları qarşılamışdır.
Qonaqlar H.Z.Tağıyevin ev muzeyi və “Nizami Gəncəvi və Azərbaycan Atabəyləri dövləti” adlı sərgi ilə tanış olmuşlar.
Ziyarətin sonunda professor Erhan Afyoncu muzeyin rəy kitabına öz ürək sözlərini və çətin zamanlarımızda Türkiyəyə yardım əlini uzadan Azərbaycanın xeyiriyyəçisi H.Z.Tağıyevin ev muzeyini ziyarət etməkdən böyük şərəf duyduqlarını qeyd etmişdir. Sonda qonaqlara muzeyin nəşrləri hədiyyə olunmuşdur.