XƏBƏRLƏR
XƏBƏRLƏR -
Mühüm hadisələr
09 Noyabr, 2021
9 Noyabr - Dövlət Bayrağı Günü

Bayraq mənliyimdir, bayraq kimliyim,
Bayraq-öz yurduma öz hakimliyim.    (Bəxtiyar Vahabzadə)

Bu gün Azərbaycanda Dövlət Bayrağı günüdür. Azərbaycanın üçrəngli bayrağı dövlət rəmzi olaraq Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci il 9 noyabr tarixli iclasında qəbul olunub.

Azərbaycan prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 18-də imzaladığı sərəncamla 9 noyabr tarixi Dövlət Bayrağı günü kimi qeyd olunur.

Xatırladaq ki, 44 günlük müharibə zamanı Azərbaycanın Ali Baş Komandanının rəhbərliyi ilə müzəffər ordumuz işğaldan azad edilmiş ərazilərimizə Azərbaycan bayrağını sancaraq xalqımıza, bütün dünyaya torpaqlarımızın artıq hürriyətə qovuşduğunu bəyan etdilər.

Xüsusilə Şuşa şəhərinə sancılan bayraq Vətən müharibəsində “Zəfər Bayrağı” elan olundu. Şanlı hərb tariximizə qızıl hərflərlə yazılmış 44 günlük Vətən müharibəsinin “Zəfər Bayrağı” 2020-ci il dekabrın 10-da Bakıda Azadlıq Meydanında Zəfər paradında nümayiş olundu.

9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyi adından Azərbaycan xalqını təbrik edirik və muzeyin Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri tərəfindən hazırlanmış video çarxı sizlərə təqdim edirik.