Muzey əməkdaşları Azərbaycanın Xalq artisti, Şöhrət ordenli bəstəkar Tofiq Bakıxanovun "Xatirə dəftəri"ni vərəqləmək məqsədilə bu il 91 yaşını qeyd edəcək görkəmli bəstəkarımızla görüşüblər. Görüş zamanı tanınmış bəstəkar Tofiq Bakıxanov yaradıcılıq fəaliyyəti haqqında söhbət etdikdən sonra öz təşəbbüsü ilə şəxsi əşyalarının Milli Azərbaycan Tarixi Muzeyində qorunmasını təklif etmiş və muzeyin Sənədli mənbələr elmi fond şöbəsinin müdiri Esmira Rəhimova və şöbənin əməkdaşı Nərmin Bağırova vasitəsilə şəxsi əşyalarını muzeyə təhvil vermişdir.
Xatırladaq ki, Azərbaycan bəstəkarı, professor (1983), Əməkdar İncəsənət Xadimi (1973) Tofiq Əhmədağa oğlu Bakıxanov 1930-cu il dekabr ayının 8-də Bakıda, görkəmli tarzən, respublikanın Xalq artisti Əhməd Bakıxanov ailəsində dünyaya göz açıb. O, Azərbaycanın məşhur alimi, tarixçisi, şairi və ictimai xadimi Abbasqulu Ağa Bakıxanovun nəticəsidir.
Tofiq Bakıxanov üç balet (“Xəzər balladası”, “Şərq poeması” və “Xeyir və Şər”), bəstəkar Nəriman Məmmədovla birlikdə yazdığı 3 musiqili komediya (“Altı qızın biri pəri”, “Məmmədəli kurorta gedir”, “Qız görüşə tələsir”), tar və müxtəlif alətlər ilə simfonik orkestr üçün 25 konsert, 20 sonata, 5 simfonik muğam (“Nəva”, “Şahnaz”, “Rahab”, “Humayun”, “Dügah”), 8 simfoniya, 6 simfonik poema, kamera musiqisi sahəsində 26 sonata, müxtəlif tərkibli ansambllar üçün əsərlərin, 100-dən artıq mahnı və romansın müəllifidir. Bəstəkar bu gün də yorulmaq bilmədən bir-birindən gözəl əsərlər yaradaraq milli musiqi xəzinəmizi zənginləşdirir.
Qeyd edək ki, muzeyin fondlarında qorunacaq və muzey ekspozisiyasını, o cümlədən muzey kolleksiyasını zənginləşdirəcək bu materiallar neçə-neçə kitab, kataloq və dissertasiya üçün də dəyərli mənbə rolunu oynayacağına əminik.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.