Qarabağ xanı Mehdiqulu xan Cavanşirin qızı Xurşid Banu Natəvana məxsus şəxsi əşyalar Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya fondunda mühafizə olunur
Qeyd edək ki, xalqın “xan qızı” adlandırdığı X.Natəvan görkəmli ictimai xadim, şairə olmaqla yanaşı Azərbaycan xanımına məxsus olan yüksək sənətkarlıq istedadı ilə də seçilmişdir. O, tarixi ənənələrimizi özündə yaşadan, yüksək bədii-estetik zövqə malik əl işi nümunələri yaratmışdır. Onlardan biri keçmiş məişətdə ərzaq daşınması üçün geniş istifadə edilən xurcundur. Zərif əl işi nümunələrinə aid olan xurcun qara mahud parçadandır. Hər iki gözün üz səthində müxtəlif rəngli yun saplarlarla çərçivə içərisində gül dəstəsi tikilmişdir. Xurcunun çiyinlik hissəsinə və içərisinə də eyni rəngli saplarla nəbati naxış salınmışdır. Gözlərin birinin üzərində “1880”, digərində isə ərəb əlifbası ilə “1303” hicri tarixi həkk edilmişdir. Astarı qara rəngli sətindən olan xurcunun bütün kənarı boyunca qara rəngli mahud üzərində müxtəlif rəngli iplərlə yarpaq təsvirləri salınmışdır.
Ümumilikdə xurcun üzərindəki işləmələr göz oxşayan kompozisiya yaratmışdır. XIX əsrə aid sözügedən məişət əşyası Xurşid Banu Natəvanın nəvəsi Məmmədova Naidə Səid qızı tərəfindən muzeyə hədiyyə edilmişdir.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.