Bu gün pedaqoq, professor, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti (1997). SSRİ Rəssamlıq Akademiyasının akademiki (1975), Sosialist Əməyi Qəhrəmanı (1989), SSRİ xalq rəssamı (1973), Azərbaycan SSR xalq rəssamı (1963), Rusiya Federasiyasının xalq rəssamı (1996) fəxri adlarına layiq görülmüş, Azərbaycan SSR Dövlət mükafatları (1965, 1970), SSRİ Dövlət mükafatı (1980), Rusiya Federasiyasının Dövlət mükafatı (2012) laureatı olmuş Tahir Salahovun doğumundan 93 il ötür.
Tahir Salahov 1928–ci il noyabrın 29–da Bakı şəhərində anadan olub. O, 1945-ci ildə orta məktəbi, 1950-ci ildə isə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini, 1957-ci ildə V.İ.Surikov adına Moskva Dövlət Akademik Rəssamlıq İnstitutunu bitirmişdir.
Sovet İttifaqının ən yüksək orden və medalları ilə təltif olunub, Sosialist Əməyi Qəhrəmanı adını alıb. Rusiyanın "Vətən qarşısında xidmətlərinə görə" ikinci və üçüncü dərəcəli ordenlərinə, Azərbaycanın ali mükafatı olan "İstiqlal" ordeninə, Bolqarıstan, Polşa, Monqolustan və başqa ölkələrin ordenlərinə, müxtəlif medallara və mükafatlara layiq görülüb. Rusiyanın və bir çox MDB ölkələrinin rəssamlıq akademiyaları ilə yanaşı, Madriddəki San–Fernando Kral İncəsənət Akademiyasının və Fransa Zərif Sənətlər Akademiyasının müxbir üzvü, Amerika Birləşmiş Ştatlarının bir neçə şəhərinin və Montana ştatının fəxri vətəndaşı, 2011-ci ildən Avropa Elm və İncəsənət Akademiyasının incəsənət bölməsinin həqiqi üzvü olub.
Tahir Salahovun "Səhər eşalonu" və "Rezervuar parkı" adlı sənaye peyzajları, "Abşeron qadınları" və "Aydan", "Köhnə Bakı", "Sənə, bəşəriyyət!" ,""Səhər ovu", "Nardaran qarpızları" tabloları, bəstəkar Dmitri Şostakoviçin, şair Rəsul Rzanın, bəstəkar Fikrət Əmirov və Qara Qarayevin portretləri, eləcə də Odlar Yurdu triptixi – "Atəşgah", "Xəzər bu gün" və "Qız qalası" əsərləri hər zaman sənətsevərlər tərəfindən böyük maraqla qarşılanıb.
Qeyd edək ki, Tahir Salahov bu il mayın 21-də vəfat edib.
Tahir Salahova məxsus təqdim olunmuş materiallar muzeyin Təsviri materiallar, Fotoneqativ və Sənədli mənbələr fondlarında qorunur.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.