Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) təşkil etdiyi seminar-mühazirədə Milli Azərbaycan Tarixi Muzeyinin Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsinin əməkdaşı, t.ü.f.d. Əli Fərhadov "Azərbaycan multikulturalizmi etnik-mədəni müxtəlifliyin tənzimlənməsində siyasi model kimi" mövzusunda mühazirə ilə çıxış edib. Azərbaycan Respublikası Prezidentinin 2016-cı ili "Multikulturalizm ili", 2017-ci ili "İslam həmrəyliyi ili" elan etdiyini qeyd edərək, multikulturalizmin təkcə dövlət siyasəti yox, həm də Azərbaycan xalqının tarixən mövcud olmuş həyat tərzi olduğunu bildirib.
Mühazirə maraqla qarşılanıb. Verilən suallar ətraflı cavablandırılıb.
Qeyd edək ki, Əli Fərhadov BBMM tərəfindən bu il nəşr olunmuş "Azərbaycan multikulturalizminin elmi-fəlsəfi və ictimai-publisistik qaynaqları" kitabının həmmüəlliflərindən biridir.