Azərbaycan həqiqətlərini dünyaya yayan “İrs- Наследие” beynəlxalq jurnalı rus, ingilis, türk, alman, italyan, çex, yapon, ərəb, çin dillərində çap olunur. Jurnalın yapon dilində çap olunan nömrəsində Milli Azərbaycan Tarixi Muzeyinin Xarici əlaqələr və sərgilərin təşkili şöbəsinin müdiri, t.ü.f.d. S.Əhmədovun “Milli Azərbaycan tarixi Muzeyi kolleksiyasında yapon nizələri” adlı
məqaləsi çap olunmuşdur. Belə ki, Muzeyin Silahlar və Bayraqlar Fondunda iki ədəd yapon nizəsi (inv.426, 427) qorunur. Məqalədə nizələrin təsvirləri verilir, “sankaku- yari” tipinə aid olması müəyyənləşdirilmişdir. Qeyd etmək lazımdır ki, jurnalın təqdimatı Azərbaycanın Yaponiyadakı səfirliyinin səyləri ilə Yaponiyanın paytaxtı Tokio və 5 prefekturada keçirilib.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.