XƏBƏRLƏR
XƏBƏRLƏR -
Mühüm hadisələr
11 Yanvar, 2022
Muzeydə Vətən müharibəsinin şəhidi Murad Kəlbiyevin şəxsi əşyası qorunur

Bu gün Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi Murad Kəlbiyevin doğum günündən 26 il ötür. M.Kəlbiyev 1996-cı il yanvarın 11-də Qusar rayonunun Cibir kəndində anadan olub.

Murad Kəlbiyev 2020-ci il sentyabrın 27-də Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayıl və Füzulinin azad olunması əməliyyatlarında fəal iştirak edib, oktyabrın 5-də qəhrəmancasına şəhid olub. Qusar rayonunda dəfn olunub. Hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Murad Kəlbiyev ölümündən sonra “Vətən uğrunda” medalı və “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilib.

Qeyd edək ki, müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olmuş şəhid Murad Kəlbiyevin şəxsi əşyası Milli Azərbaycan Tarixi Muzeyinin Vətən müharibəsi fondunda qorunur.

Təltifləri


 

  • AZ For The Fatherland medal ribbon (2nd version).png  "Vətən uğrunda" medalı (ölümündən sonra)
  • AZ For liberation medal ribbon.png  "Füzulinin azad olunmasına görə" medalı (ölümündən sonra)