XƏBƏRLƏR
XƏBƏRLƏR -
Beynəlxalq əlaqələr
21 Yanvar, 2022
Muzey əməkdaşı beynəlxalq konfransda çıxış etdi

17-19 yanvar 2022-ci il tarixlərində Makedoniyanın Ohrid şəhərində Müqəddəs Apostol Pavel Universiteti Film İnstitutunun Amfiteatrında Şimali Makedoniya Strateji Araşdirmalar Mərkəzi (Skopye), MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi (Azərbaycan), Aydın Adnan Menderes Universiteti (Türkiyə), Moskva Universiteti Rusiya Politologiyası şöbəsi (Rusiya) və ABŞ Mayamidə yerləşən Qlobal Proseslər Jurnalı (ABŞ) təşkilatçılığı ilə X Beynəlxalq “Ohrid-Vodiçi – 2022” Konfransı keçirilib. Konfransın əsas mövzusu qlobal tendensiyalar və şəxsiyyətlərlə bağlı təhdidlər, mədəni irs, ətraf mühit, yaradıcı birliklər, turizm və davamlı yerli-regional inkişaf olub. Konfransda Şimali Makedoniya, Azərbaycan, Türkiyə, Bolqarıstan, Serbiya, ABŞ, Braziliya, Yunanıstan, Albaniya, Rusiya və digər ölkələrdən alimlər, tədqiqatçılar məruzə ilə çıxış etdilər.                                                                       

X Beynəlxalq Konfransda AMEA  Milli Azərbaycan Tarixi Muzeyinin "Arxeologiya" elmi-fond şöbəsinin elmi işçisi, t.ü.f.d., dosent Həbibə Əliyeva “Qarabağda erməni vandalizminin qurbanına çevrilmiş epiqrafik abidələrmiz (Our epigraphic monuments that became victims of Armenian vandalism in Karabakh)” adlı elmi məruzə ilə çıxış etdi (ingilis dilində). Məruzədə qeyd edilir ki, işğal olunan ərazilərdə yerləşən mədəni irsə, həmçinin xüsusi əhəmiyyətə malik unikal abidələrə bu cür barbarcasına münasibət, əslində, dünya irsinə qarşı yönələn təhdiddir.