Yanvarın 27-də Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycan və Türkiyə sahibkarlarını birləşdirən MÜSİAD Azərbaycan İdarə Heyətinin üzvləri ilə görüş keçirilib. Qonaqları salamlayan baş direktor, akademik Nailə Vəlixanlı muzeyin Vətən Müharibəsi fondunun zəruri ləvazimatlarla təchiz olunmasında göstərdiyi dəstəyə görə MÜSİAD Azərbaycan İdarə Heyətinə öz təşəkkürünü bildirdi. N.Vəlixanlı qeyd etdi ki, təşkilatın üzvləri bu xeyirxah addımla ölkəmizdə çoxəsrlik ənənələrə malik mesenatlıq tarixinə öz imzalarını atdılar.
MÜSİAD Azərbaycan İdarə Heyətinin sədri Rəşad Cabirli öz növbəsində qeyd etdi ki, təşkilat üzvləri Milli Azərbaycan Tarixi Muzeyinin Vətən Müharibəsi fondunun lazımi materiallarla təchizatını öz üzərinə götürdükləri üçün böyük şərəf hissi keçirirlər. R.Cabirli muzeyin Vətən Müharibəsi şəhidlərinin, qazilərinin tanıdılması, həyat və döyüş yollarının əbədiləşdirilməsi işində mühüm rol oynadığını vurğuladı və sahibkarların bu işə töhfə verə bildikləri üçün öz məmnunluğunu ifadə etdi.
Daha sonra qonaqlar Vətən Müharibəsi fondunda yaradılan şəraitlə tanış oldular, həmçinin 44 günlük müharibədə Qələbəyə həsr olunmuş sərgini ziyarət etdilər.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.