AMEA Milli Azərbaycan Tarixi Muzeyi aşağıdakı vəzifələri tutmaq
üçün müsabiqə elan edir:
Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsi üzrə:
Aparıcı elmi işçi – 2 yer.
Etnoqrafiya elmi-fond şöbəsi üzrə:
Elmi işçi – 2 yer.
Kiçik elmi işçi – 1 yer.
Müsabiqədə iştirak etmək istəyən iddiaçılar sənədləri AMEA Milli Azərbaycan Tarixi Muzeyinin elmi katibliyində təqdim etməlidirlər. Sənədlər elan dərc edilən gündən 1 (bir) ay müddətində qəbul olunur (iş günləri ərzində, saat 11.00-dan 13.00-dək). Ünvan: Bakı şəh., H.Z.Tağıyev küçəsi,4.
Əlaqə telefonu: (012) 598-17-40. E-poçt ünvanı: aztarmuzey@mail.ru
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.